Azərbaycanda ölüm hökmü tətbiq edilə bilər?-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:36 13.03.2024
Günümüzdə dünyanın müxtəlif ölkəlırində ən ağır cinayətləri törədən şəxslərə ölüm hökmü verilir. Ölüm hökmü cinayətkara verilən ən ağır cəzadır. Müxtəlif ölkələrdə digər ağır cəzalar olan iynə, daşqalaq etmək, asmaq, güllələmək və s. metodlardan istifadə edilir. Araşdırmalara görə 70-dən çox ölkə ölüm hökmünü ləğv etməyib.
Bəs Azərbaycanda ən ağır cinayətlərə görə ölüm hökmü tətbiq edilə bilərmi ?
Məsələylə bağlı “İnformator.az”a açıqlama verən hüquqşünas Mehman Muradlı ölüm hökmünün hər zaman əleyhinə olduğunu bildirib:
“Azərbaycan Avropa Şurasına daxil olduqda götürdüyü bir sıra öhdəliklər vardı. Bu öhdəliklərdən biri də ölüm hökmünün ləğvidir. Azərbaycan dövləti öz üzərinə götürdüyü öhdəliyi icra etdi, ölüm hökmünü cinayət məcəlləsindən çıxardı”.
Hüquqşünasın fikrincə, konstitusiya ilə cinayət məcəlləsi arasında bu məsələyə fərqli yanaşma var, amma ölüm hökmü birmənalı qəbuledilməzdir:
“ABŞ federativ ölkədir, bir ştatında ölüm hökmü qüvvədə olduğu halda digərində isə ləğv edilib. Azərbaycan unitar ölkə olduğu üçün bu hökm qəbuledilməzdir. Ən ağır cinayətlərdə belə cinayətkara ömürlük cəza tətbiq edilsin. Çünki başqa dövlətlərdə ölüm hökmü verildikdən illər sonra araşdırmalar davam edir və hökm verilən şəxsin həqiqətən də günahsız olduğu üzə çıxır”.
Azər Abuşov