Azərbaycanda çoxuşaqlı anlayışı 5-dən 3-ə endiriləcək?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:53 13.03.2024

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

 

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin.

 

Bu barədə Milli Məclisin üzvü Vüqar İsgəndərov "informator.az"a açıqlamasında bildirib ki, çoxuşaqlı ailə anlayışı artıq aktuallığını itirib:

 

"Son zamanlar dünyada insanların sayı 8 milyarda çatıb. Bu insan ömrünün uzanması ilə, tibbin inkişafı ilə bağlıdır. İnsanlar sağlamlığına daha çox diqqət yetirməyə başlayıb. İnsanlar sağlam həyat tərzi yaşamağa və qidalanmasına fikir verir. Eyni zamanda da əks hal olaraq əsasən Qərb ölkələrində də əhalinin sayı durmadan azalır. Bu da ailə institutunun zəif olması, ailənin az uşaqla qane olması ilə bağlıdır. Çox uşaqlı ailə anlayışı öz aktuallığını itirir. Hətta 3 uşaqlı ailələr artıq çoxuşaqlı sayılır. Bu əsasən Avropa ölkələrində belədir".

 

Deputat ölkəmizdə əsasən 2 uşaqlı ailələrin üstünlük təşkil etdiyini bildirib:

 

"Ölkəmizdə də həmin məsələyə rast gəlirik. Artıq kütləvi halda ailələrdə uşaqların sayı demək olar ki 2-ni keçmir. Bununla əlaqədar çoxuşaqlı anlayışının artıq 5 yox, 3 uşaqlı ailələrə aid olması lazımdır. Azərbaycanın da orta statistik məlumatlarına nəzər salsaq,son illərdə artıq 2 uşaqlılıq üstünlük təşkil edir. Bu hallarda da gələcəkdə 3 uşaqlı ailələr çoxuşaqlı anlayışına gəlib. Bu hallarda da gələcəkdə 3 uşaqlı ailələrin çox uşaqlı ailə anlayışına gəlib çıxması günün reallığına çevrilib".

 

 

Fatimə Aslanova