Asfaltlar niyə tez korlanır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:52 14.03.2024

Ölkəmizin bəzi yollarının yamaq olduğunu müşahidə edirik. Hətta belə yollarda avtomobillə hərəkət çətin olur. Bəs asfalt örtüyü niyə tez korlanır?

 

Bu barədə "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu yolların həqiqətən də əsaslı təmirə ehtiyacı olur:

 

"Günümüzdə yolların çəkilməsində xeyli inkişaf var. Amma Sovet dövründən qalan bəzi yollar təmir olunmalıdır. Asfaltların korlanmasının əsas səbəblərindən biri ərazidən çox avtomobil keçməsidir. Bundan əlavə, günəş şüaları, yeraltı suların üzə çıxması, habelə, ağır çəkili maşınların örtüyün üzərindən keçməsi asfalt örtüyünün korlanmasına gətirib çıxarır. Bu məsələ özlüyündə bir problemdir və getdikcə daha da çətin hal alır".

 

İlahə Həsənova