Bayramda süni qiymət artımı -Açıqlama
Bölmə: Sosial › ,Tarix: 22:16 14.03.2024
Hər il bayram ərəfəsində bazarlarda və marketlərdə süni qiymət artımı ilə rastlaşırıq.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, çox təəssüf ki, bayram günlərində süni qiymət artımı baş verir. Bunun bir neçə səbəbi var:
1. Sahibkarlar təlabatın yüksəlməsindən istifadə edərək süni qiymət artımı yaradırlar.
2. Həmin dövrdə daha çox ərzaq idxal olunur və idxal qiymətlərinin baha olması ilə bağlı ola bilər.
3. Təbii qiymət artımıdır ki, bəzi ərzaqlar həmin fəsildə az olur.
"Hesab edirəm ki, qiymət artımı ilə mübarizə aparmaq üçün bazarda azad rəqabət imkanları artırılmalıdır və daha çox sahibkarlıq subyektləri liberal rəqabət şəraitində fəaliyyət göstərməlidir. Bazar payı çox olan sahibkarlıq subyektlərinin fəaliyyətinə nəzarət edilməlidir ki, onlar süni qiymət artımına yol verməsinlər.Həmçinin istehlakçılar ictimai qınaq və nəzarət prinsipləri həyata keçirilməlidir ki, bu cür hallar baş verməsin".
Asiman Hafizqızı