"Əhali artıb, yol yoxdur"-Ekspertdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 23:28 14.03.2024
Bakı-Sumqayıt şossesi (Bakı Beynəlxalq Avtovağzalı istiqamətində) , Tbilisi prospekti (Diaqnostika mərkəzinin qarşısı, A.Bakıxanov küçəsi istiqamətində), Üzeyir Hacıbəyli küçəsi (Cavadxan körpüsü), Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsindən “20 Yanvar” metrosu istiqamətində), Alfred Nobel prospekti (Süleyman Əhmədov küçəsi ilə kəsişməsi, şəhər istiqamətində)- bu yollarda daimi tıxac müşahidə edilir.
Bu istiqamətdə hansı tədbirlər məqsədə uyğundur?
Məsələ ilə bağlı “İnformator.az” a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirir ki, elə prospektlər, magistral yollar var ki, onlar şəhərin alternativ yüklənməsidir:
“Şəhərin giriş-çıxış nöqtələrinin, təyinatı üzrə ərazilərin və daha çox o yükü özündə ehtiva edəcək yolların az olması, xüsusilə alternativ yolların şəhər mərkəzi və şəhərin mərkəzi hissələrinə yaxın ərazilərdə olmaması bu cür sıxlığa gətirib sıxardır. Təxminən bir neçə küçə var ki, heç onların alternativi göz önünə gətirmək olmur ki, hara ola bilər. Məsələn, Rəşid Behbudov küçəsinin alternativini fikirləşmək, onun yükünü götürəcək prospekti təsəvvür etmək çətindir. Bu kimi oxşar onlarla küçə saya bilərik. Bunun başlıca səbəblərindən biri də Bakının qədim şərq üslubunda olması , 60-cı illərdə isə planlaşdırılmamış tikilərin şəhərsalma qaydalarının pozulması kimi amillərdir. Yəni, vaxtında geniş yollar olmayıb, indi isə əhali artıb, yüklənmə var, yol yoxdur”.
Müsahib qeyd edir ki, bunu etsək daha məqsədəuyğun olar deyilən bir fikir yoxdur:
“Belə demək mümkündür ki, yol çəkmək olmur, şəhərin mərkəzi hissələridir, tunel tikmək olmur, qazmaq olmur, qədim infrastrukturdur, bahalı yerlərdir,torpaq qiyməti baha, haranı söküb, haranı dağıdıb yol çəkək? Yalnız yol hərəkətinin təşkilinə əməl etmək, ərazi üzrə bölgü aparmaq, nişanlanma xətləri ilə meyarlardan istifadə etmək lazımdır”.
Gülnisə Əfkari