Dünyanın məlum olan ən qədim dodaq boyası İranda tapılıb

Bölmə: Araşdırma › ,
Tarix: 23:35 14.03.2024

Tunc dövrünə aid, təxminən 4 min il olduğu güman edilən dodaq boyası İranda tapılıb...

 

Boru şəkilli daş dodaq boyasının indiyə qədər aşkar edilən ən qədim nümunəsi olduğu bildirildi. Scientific Reports jurnalında dərc edilən araşdırmaya görə, dodaq boyası eramızdan əvvəl 1936-1687-ci illərə aiddir. Alimlərin fikrincə, borunun ölçüsü və onun mürəkkəb bəzəkləri, ehtimal ki, ondan cəmiyyətin elit bir üzvü tərəfindən istifadə edildiyini göstərir. Tədqiqatı aparan tədqiqatçılar, elmi araşdırmalar bu insanların borunu bir əli ilə tutduqlarını, digər əlləri ilə isə tünd qırmızı qarışığı tətbiq etmək üçün aplikatordan istifadə etdiklərini bildiriblər. Scientific Reports jurnalında dərc edilən araşdırmaya görə, dodaq boyası eramızdan əvvəl 1936-1687-ci illərə aiddir.

 

Mənbə:Habertürk

Aytac Kərimova