Motosikletlərin yaratdığı təhlükələr-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:24 18.03.2024

"Hər hansısa bir nəqliyyat vasitəsi düzgün idarə olunmayanda bu proseslər öz oxundan çıxır. Digər hərəkət iştirakçıları üçün müəyyən problemlər yaranır. Bu kimi amillər son nəticə etibarilə narahatlıqa səbəb olur. Digər nəqliyyat vasitələri də müəyyən dərəcədə əziyyət çəkir".

 

Bu fikirləri Nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında motosiklet sürücülərinin digər nəqliyyat vasitələrinə yaratdığı təhlükələrdən danışarkən "informator.az"a açıqlamasında bildirib.

 

Ekspertin sözlərinə görə, xüsusən paytaxt yollarında motosikletlər hərəkət zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməsələr, ən pis halda ölümlə nəticələnir:

 

"Bununla bağlı statistikanı nəzərdən keçirsək, müəyyən məsələlər bizə aydın olur. İstənilən növ nəqliyyat vasitəsini istifadə edən şəxs mütləqdir ki, onun texniki parametrlərinə bələd olsun, texniki prosedurlarını mənimsəyə bilsin. Əks halda qəzalar qaçılmazdır. Qaydalara riayət edilmədikdə isə ən yaxşı halda şəxs zədə alır. Şikəst, əlil olur. Bu kimi məsələlərə xüsusi önəm verməliyik".

 

Lalə Qafarova