"Kor-koranə görüləcək olan işlər effektiv olmayacaq"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 22:43 18.03.2024

Dövlət qurumları Teleqüllə kompleksini sürüşmədən qorumaq üçün ilk dəfə tədbirlər həyata keçirəcək.

 

Bu barədə "informator.az"a açıqlamasında geoloq Əziz Qaralov bildirib ki, teleqüllənin yerləşdiyi ərazi silsilən vaxt 20 metr qalınlığında monolit əhəng daşı üzərində qurulub:

 

"2000-ci ildə bizim idarə tərəfindən həmin ərazinin geoloji planlama xəritəsi orada tərtib olunub. Sürüşməyə meyilli, təhlükəli ərazilər hamısı xəritədə öz əksini tapıb. Bayılda sonuncu dəfə sürüşmə baş verdi. Bu, teleqüllənin yaxınlığında idi. Həmin ərazi də təhlükəli sahələrə düşür.Bəs hansı qabaqlayıcı tədbirlər görülməlidir? Teleqüllə ətrafının yenidən böyük miqyasda geoloji struktr planlama xəritəsi tərtib olunmalıdır". 

 

Ekspert əlavə edib ki, bu proses geofiziki üsulların müşayiətilə aparılmalıdır:

 

"Bu üsulların köməyiylə heç olmasa 50-60 m dərinlik öyrənilməlidir ki, sürüşmə müstəvisi hansı dərinlikdə yerləşir. Teleqüllənin yaxınlığında sürüşməyə meyilli ərazilər var. Həmin ərazidə bir iş aparılacaqsa, təcrübəli mütəxəsislər görülməlidir. Kor-koranə görüləcək olan işlər effektiv olmayacaq".

 

 

Səkinəbəyim Cəfərova