Ərazidə yaşayan əhali üçün ödənişli parkinqlər pulsuz olmalıdır-ekspertdən rəy
Bölmə: Sosial › ,Tarix: 22:49 18.03.2024
Həftəsonları Bakıda Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.
Həmin ərazidə yerləşən binaların sakinləri avtomobillə əraziyə daxil olma prosesi necə təmin olunur?
Bu barədə “informator.az”a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, bu məsələ şəhərin inkişaf perspekti nəzərdə tutulub:
“Yəni insanyönümlü şəhər, piyadaların faha rahat hərəkət edə biləcəyi, avtomobillər, səs-küy, tüstüdən uzaqlaşmaq üçün belə addımlar atılır. Bu bir neçə yerdə də planlaşdırılır və tətbiq ediləcək”.
Müsahib qeyd edir ki, bu prosesin müsbət və mənfi tərəfləri var:
“Biz həmişə gəzmək, vaxt keçirtmək üçün Fəvvarələr meydanında gedirik. Çünki orda piyada rahat gəzə bilirik, bu insanların könlünə oxşayır, bu səbəbdən də belə ərazilərin sayını artırmaq lazımdır. İnkişaf etmiş, böyük şəhərlərdə belə şəraitlə çox rastlaşırıq. İnsanlar üçün səs-küy, tüstüdən uzaq qalmaq üçün belə yerlərin yaradılması vacibdir. Bunlar müsbət tərəflərdir. Mənfi tərəflər odur ki, orda yaşayanlar üçün çətinlik yaranır, onlar da haqlı olaraq öz narazılıqlarını bildirirlər. Bu məsələlər də həll olunmalıdır. Məsələn, bu ərazilərdə yaşayan insanlar avtomobillərini müəyyən yerdə saxlaya, müəyyən yerə qədər piyada gedə bilərlər. Ərazilərdə yaşayan vətəndaşlar üçün ödənişli parkinqlər pulsuz olmalıdır. Bu ərazilərdə yaşayan əhali isə şəxsiyyət vəsiqəsindəki qeydiyyat əsasında əraziyə avtomobillə daxil ola bilər”.
Gülnisə Əfkari