Dayanma-durma və parklanma problemləri: Həll yolu nədir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 19:47 19.03.2024

Yol hərəkəti qaydalarının pozulması, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

 

Dayanma-durma və parklanma yerləri ilə bağlı problemlər Bakıda sürücülərin uzun illərdir həllini gözləyən dərdləri sırasındadır.

 

Maraqlıdır, cəzaların sərtləşdirilməsi ilə problemin aradan qaldırılmasına nail olmaq mümkündürmü? 

 

Bu haqda nəqliyyat eksperti Rövşən Həsənov "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, dayanma-durma ilə bağlı tədbirlərin sərtləşdirilməsi əslində heç də müsbət nəticə verməyəcək:

 

"Cərimələrin məbləğinin qaldırılması, nişanların sayının artması müsbət nəticə verməyəcək. Şəhər daxilində dayanma-durma ilə bağlı 327 nişan quraşdırılıb ki, bu da heç doğru hal deyil. Qadağa qoyulduğu halda alternariv göstərilməlidir. Alternativ üsulla 2 formada təqdim olunmalıdır. Alternativ formada təqdim olunmayan qadağalar heç bir əhəmiyyət verməyəcək".

 

 

Gülay Qəribova