Metrostansiyaların sayının 46-ya çatdırılması nəzərdə tutulub-ekspertdən RƏY
Bölmə: Sosial › ,Tarix: 23:14 19.03.2024
Bakının Baş Planında əksini tapmış "yaşıl dəhliz" layihəsinin artıq icrasına başlanılıb.
Bu layihədə nələr nəzərdə tutulur?
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov bildirir ki, Bakıda tramvay xətlərin çökülməsi oldu:
“Təxminən 1995-ci ildə başlayan bu proses çox təəssüflər olsun ki, Bakı şəhərinin tramvay nəqliyyat sisteminin sıradan çıxardılaraq, ləğv olunmasına gətirib çıxartdı. Bu da çox yanlış addım idi”.
Müsahib qeyd edir ki, Bakının Baş Planı məsələsində “yaşıl dəhliz” layihəsində alternativ nəqliyyat sistemlərinin, xüsusən tramvayların bərpası nəzərdə tutulub:
“Eyni zamanda mövcud olan 26 metrostansiyasının bərpası və 2040-cı ilə qədər 46 metrostansiyasına çatdırılması baş plana daxildir. Bu da “yaşıl dəhliz” konsepsiyasının birbaşa dünya standartlarına yaxınlaşmasında öz müsbət rolunu oynayacaq. Bununla yanaşı Bakı-Sumqayıt istiqamətindəki magistral yolunun əlavə yol ötürücü şəbəkələrinin quraşdırılması da nəzərdə tutulur. Sözsüz ki, burda dövlət büdcəsindən çox ciddi vəsait xərclənməsi nəzərdə tutulur( təxminən 100 milyarda yaxın). Daha çox infrastruktur olaraq nəqliyyat zəncirinin inkişafı öz əksini tapır və bu nəticə etibari ilə həm tıxacların aradan qaldırılmasına, həm də tıxac zamanı yaranan atmosferin çirklənməsinin qarşısının alınmasında rol oynayacaq”.
Gülnisə Əfkari