Zabratda yol problemi: HƏLL YOLU NƏDİR?-RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 23:18 27.03.2024
Ölkənin bir çox rayon və kəndlərində yollar asfaltlanıb, kanalizasiya şəbəkəi qurulub. Amma paytaxtın elə qəsəbələri, küçələri var ki, orda hələ də nə asfalt var, nə də kanalizasiya sistemi. Bunların olmaması da ciddi problemlərə yol açır. Elə Zabratda da vəziyyət bu cürdür.
Zabrat qəsəbəsi Xavər Vəliyev küçəsi bərbad vəziyyətdədir. Yağan yağış və köhnəlmiş borulardan sızan su küçədə yaşayanları çətin vəziyyətə salıb.
Sakinlər deyir ki, küçə uzun illərdir bu vəziyyətdədir və bu problemin əsas səbəbi kanalizasiya sisteminin olmamasıdır. Küçədə suya, palçığa batmadan hərəkət etmək çox çətindir. Ya gərək rezin çəkmə geyinəsən, ya da avtomobillə hərəkət edəsən. Amma yolun vəziyyətinə avtomobillər belə tab gətirmir.
Köhnəlmiş xətlərdən sızan su və kanalizasiya sistemi ilə bağlı yaranan problemə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə mürəciət etdik. ""Azərsu ASC""nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Sabunçu rayonu ATS yolu adlanan ərazidə uzun müddətdir istismar olunan çuğun xətt mart ayının əvvəllərindən istismardan çıxarılıb. Yeni xətlər verilib və həmin ərazidə yaşıyan insanlar yeni çəkilmiş şəbəkə xəttləri ilə su alırlar:
"Həmin ərazidə axıntı olan əraziyə Sabunçu rayon Su-kanal idarəsinin əməkdaşları tərəfinən bir daha baxış keçiriləcək. Ərazidə mərkəzləşdirilmiş su infrastrukturu qurulsa da kanalizasiya şəbəkəsi mövcud deyil. Abşeron rayonu üzrə master plana əsasən gələcəkdə dövlət investisiyaları hesabına həmin ərazidə kanalizasiya infrastrukturunun da yaradılması planlaşdırırlır".
Asfalt örtüyündə yaranan problemlə bağlı isə Zabrat bələdiyyəsindən deyildi ki, vaxtı ilə küçədə aparılan qazıntı işlərinə və iri tonajlı avtomobillərin hərəkətinə görə asfalt istifadəsiz hala düşüb. Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Əliyevin sözlərinə görə, buna baxmayaraq bir bələdiyə olaraq biz hər il də olmasa, 1 ildən bir ora daş, çınqıl töküb o yamaları hamarlayırıq:
"Amma bu vəziyyətdən çıxış yolu deyil çünki küçə əsaslı təmir olunmalıdır, küçənin uzunluğu təxminən 1 km di. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub, onlar növbəti iş planına o küçəni nəzərdə tutublar. Amma bildirilər ki, mərkəzi kanalizasiya xətti çəkilənən sonra o küçə tam əsaslı şəkildə asvalt örtüyü vurulacaq".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə deyildi ki, qəsəbədaxili ərazilərə agentlik baxmır. Yolun təmirinin dövlət proqramına salınması üçün yerli icra hakimiyyəti tərəfindən müraciət olunur. Dövlət proqramına salınandan sonra artıq icrası agentliyəhəvalə olunur.