"Qaçqın və məcburi köçkünlərə aid imtiyazlar hələki qalır" -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:19 28.03.2024

Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığına görə əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq.

 

Bəs məcburi köçkünlərə aid güzəşt və imtiyazlar, onlara verilən “çörək pulu” nə vaxta qədər qüvvədə olacaq?

 

Məsələ olə bağlı “İnformator.az"a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov bildirir ki, qaçqın və məcburi köçkünlər üçün güzəşt və imkanlar hələki qalır:

 

“Bu proses davam edir və ləğvi ilə bağlı heç bir məsələ gündəmdə deyil. Qərar qəbul edilməmişdən öncə məlumat veriləcək. Dövlətimiz bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Bu qayğının göstəricisidir ki, bu gün dövlətimiz bu istiqamətdə addımlarını davam etdirir. Hər hansı dəyişiklik olsa cəmiyyətə və ictimaiyyətə məlumat veriləcək”. 

 

 

Gülnisə Əfkari