Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində aparılan abadlıq işlərinə baxış keçirilib

Bölmə: Sosial › ,
Tarix: 18:22 29.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunan Tədbirlər planına uyğun olaraq Səbail rayonunda aparılan abadlıq işləri sürətlə davam etdirilir.

 

"İnformator.az" xəbər verir ki, görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə 20-ci sahə yaşayış massivi, Salyan yolu ünvanında aparılan abadlıq işlərinə baxış keçirmişdir.

 

Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş, eyni zamanda sözügedən ünvanda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılmış, görülən abadlıq işlərin sürətləndirilməsi üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

Vüqar Alışov