Parkinq qiymətlərindən narazılıq: Tarifləri kim müəyyən edir?-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 21:11 29.03.2024

Paytaxtda avtomobillər üçün yeni parklanma zonalarının təşkilindən sonra parkinq qiymətlərindəki artımı da müşahidə etdik. İndi də bəzi yaşayış binalarının parkinqlərində bahalaşmanı eşidirik. Bu da bina sakinlərinin narazılığına səbəb olub. 

 

Ekspert Şamil Paşayevin sözlərinə görə, MTK-lar binanı tikdikdən bir ay sonra binanın idarə edilməsindən uzaqlaşmalıdır:

 

"Mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır, bunu binanın sakinləri binanı idarə etməlidir. Belə olan halda onlar özləri bu tarifləri də müəyyən edəcək, həmin yaşayış binalarının altında olan qarajlardan hansı məqsədlə, hansı intervalla, hansı məbləğdə istifadə etmıək lazımdır bunu təbii ki, özləri müəyyən edəcəklər".

 

Hüquqşünaslar deyir ki, yaşayış binalarında parkinq qiymətlərinin bahalaşması MTK rəhbərlərinin vəziyyətdən sui-istifadə etməsidir. Hüquqşünas Vamiq Şükürov bildirib ki, ümumiyyətlə MTK rəhbərliyi binaların zirzəmilərini zəbt edə bilməz:

 

"Zirzəmini qaraj adı ilə, avtoparking adı ilə sata bilməz. Çünki o binanın ümumi yerləri sayılır və bu da qanunsuz pullar sayılır. Bu bina sakinlərinin ümumi gəlirlərinin yəni bina sakinlərindən qeyri-qanuni pulların tələb edilməsi sayılır".

 

Mütəxəssislər qeyd edirlər ki, bina sakinləri belə hallara qarşı müvafiq qurunlara şikayətlərini də bildirə bilərlər.