Hesab bilgiləri necə qorunur?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:16 03.04.2024
Cəmiyyətdə insanlar sosiallaşmaq üçün sosial şəbəkə hesablarına müraciət edirlər. Ancaq istifadəçilərin əksəriyyəti hesablarını düzgün idarə edə bilmirlər. Bu da bir çox problemlərin yaranması üçün zəmin olur. Profillərin oğurlanması, şəxsi bilgilərin ələ keçirilməsi istifadəçiləri müəyyən problemlə üz-üzə qoyur. Bəs bu təhlükələrdən necə qorunmaq olar?
Mövzu ilə əlaqədar Kibertəhlükəsizlik üzrə məsləhətçi Vüsal Salmanov açıqlama verib. O bildirib ki, şəxsi bilgilərin qorunması iki faktorlu girişə əsaslanır:
“Sosial şəbəkələrdən istifadə getdikcə artır, bu özü ilə bərabərində riskləri gətirir. Təhlükələrdən qorunmaq üçün isə şifrənin qoyuluşu müəyyən qaydalara əsaslanmalıdır. Linklər giriş azaldılmalıdır. Səbəbi isə ziyanverici proqramlardan qorunmaqdır. Daha aydın desək minimum statistikaya çatdırmaqdır. Ən əsas olan iki faktorlu girişi aktivləşdirmək önəmlidir. İkifaktorlu giriş üçüncü şəxslərin profilə daxil olmasına mane olur. Beləliklə, hesab digər şəxslərdən qorunmuş olur".
Ekspert icazəsiz şəxsi bilgilərdən istifadənin nəticələrini qeyd edib:
“Bizim qanunlarımızda, həmçinin cinayət məcəlləsində qeyd olunur ki, icazəsiz şəxsi bilgilərindən istifadə olmaz. İcazəsiz şəkildə əməliyyatlar aparmaq qanun pozuntusudur. Əgər bu hal gərçəkləşərsə cərimə və həbs cəzası ilə nəticələnir. Bu istiqamətdə qeyri-hökümət təşkilatları yaranıb. Nümunə olaraq AKTA (Azərbaycan Kiber Təhlükəsizlik Assosiyası) göstərə bilərik. Belə təşkilatların məqsədi maarifləndirmək və gələcək təhlükələrdən qorunmaqdır”.
Nəzrin Gəncəliyeva