Sosial şəbəkələrin insan həyatına təsiri
Bölmə: Sosial › ,Tarix: 21:00 03.04.2024
Texnologiyanın inkişafı sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə gətirib çıxarıb. Günümüzdə sosial şəbəkələrdən istifadə etməyən insan yoxdur. İnsanlar gündəlik həyatlarını sosial şəbəkələr üzərindən öz izləyicilərinə nümayiş etdirir. Sosial şəbəkələr insanlara bir çox üstünlük verib.
Sosial şəbəkələrin yaranması ilə insanlar məlumatları daha asan əldə edir. Bir kliklə dünyada baş verən hadisələri öyrənmək imkanı qazanıb. Lakin bununla yanaşı mənfi təsirləri də var. Məsələn 2018-ci ildə Çində yaranıb, bütün dünyaya yayılmış Tik-Tok sosial şəbəkəsi insanların həyatına mənfi təsir göstərir. Bütün dünyada olduğu kimi Azərbaycanda da Tik-tokun kifayət qədər istifadəçisi var. Paylaşılan informasiyalar bəzən heç də ürək açan olmur. İstifadəçilər yalnış məlumatlar paylaşaraq insanları təşvişə salır. Bu da yaxşı hal deyil. Buna nümunə olaraq Vətən müharibəsi zamanı internetin məhdudlaşdırılmasını misal göstərə bilərik. Bu zaman sosial şəbəkə istifadəçiləri doğru olmayan məlumatları yayıb əhalini qorxmasına səbəb olurdular. Dezinformasiya geniş yayılırdı. Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği mühim əhəmiyyət kəsib edir. Sosial şəbəkələrin ilk yarandığı dövrlərdə bir sıra ölkələrin qanunvericiliyində nəzarət tədbirləri yox idi. Lakin zaman keçdikcə insanlar gününü daha çox bu şəbəkələrdə keçirdiyinə görə məhz etik qaydaları pozanlar barədə müxtəlif dövlətlərdə qanunlar qəbul olundu. Və həmçinin Azərbaycanda da bununla bağlı qərarlar qəbul olunub. Cinayətlə bağlı maddələr məhz sosial şəbəkələr üçün də keçərlidir.
Nəzakət Abdinova