Quş qripi və əlamətləri -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:00 03.04.2024

"Quş qripi virus xəstəliyidir. Bu xəstəliyin yayılma dərəcəsinə görə, təhlükəli A tipli,16H və 9N növləri var. Quş qripinin virusu 70 dərəcədə dondurulur və təqribi 300 gün sağ qala bilir".

 

Bu sözləri "informator.az"a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, ekspert Aydın Əliyev söyləyib. Ekspert virusun əlamətlərindən və yoluxma yollarından danışıb:

 

"Virusun yayılmasına səbəb ola bilən vasitələrdən biri sudur. Bu xəstəliyin virusu suda təqribən 10 gün qala bilir. Hərəkətsizlik, yemək yeyilməməsi quşlarda həmin xəstəliyin əlamətləridir. Quş qripi xəstəliyinə yoluxan insanlarda panos, quru öskürək, baş ağrısı, səsdə xırıltı, aşağı təzyiq əlamətləri olur. Xəstəlikdən qorunmaq üçün mütləq ətlər, xüsusilə, xaricdən gələn ətləri AQTA yoxlamalıdır. Xəstəlikdən qorunmaq üçün sanitar qaydalara xüsusi diqqət yetirməli, immun sistemimizi gücləndirmək üçün müəyyən qidalar qəbul edilməlidir. Dükanlarda satılan ətlərin mühafizəsindən müvafiq qurumlar cavabdehdir. Həmçinin ova gedən insanlar da ehtiyatlı olmalıdırlar. Sanitar gigiyenik qaydalara xüsusi diqqət yetirilməlidirlər. Xəstəlikdən qorunmaq üçün insan bədənində immun sistemi gücləndirilməlidir.Bunun üçün qoz ,fındıq, balıq yağı(omega3)və.s qidalar istifadə edilməlidir".

 

 

Zeynəb Mustafazadə