Gələcək Gənclərlə Gözəldir
Bölmə: Sosial › ,Tarix: 07:33 08.04.2024
Gələcək gənclərlə gözəldir. Çünki hər tərəqqi əsasən onların səyləri ilə yaranır. Lakin son zamanlar cəmiyyətimizin başlıca problemi gənclərin zərərli vərdişlərə aludəçiliyinin artmasıdır.
Hazırda hərkəsi düşündürən bir sual var "Bunun başlıca səbəbi nədir?"
Cavab versiyalarının müxtəlif olmasına istinad edərək konkret bir səbəb söyləmək çox çətindir. Çox zaman ailə faktoru və ətraf faktoru önəm kəsb edir. Uşaq doğulduğu andan etibarən valideynlərin himayəsində böyüməlidir. Çünki her bir körpənin yaşam səviyyələrinin ardıcıllaşması valideynlərin nəzarətində olmalıdır. Ancaq bəziləri bu himayədən ya məhrumdur ya da məhrum olmağa məcbur olunub. Valideynlərin ailədə artan mübahisələr, aile daxiline olunan kənar müdaxilələr, valideynlərin kömək məqsədilə etdiyi lakin reallıqda uşağı öz dünyasından uzaqlaşdıraraq öz ideyalarına uygun qəlibə salmaları, uşaqların söz azadlığının "Böyükə söz qaytarılmaz! " cümləsi altında əzilməsi,ailədə məhəbbət görə bilməmək və ya dinlənilməmək səbəbi ilə "dost ", "yoldaş", "sevgili" adı ilə sevgi, qayğı, kömək adı altında " Özgələrin mənafeyi üçün istifade edilmə" və s. səbəblərdən qaynaqlanır .
Bu hallara əsasən cəmiyyətin ən böyük problemi narkomaniya, intihar və özünü intihar cəhdləri hüdudsuz şəkildə yayılır. Zaman ötdükcə intihar yaşı da get gedə cavanlaşır.
Nərmin Eyyubova