Cinayət hadisələrinin artması

Bölmə: Sosial › ,
Tarix: 07:58 08.04.2024

Qəzetlərdən, sosial şəbəkələrdən tez-tez qətl hadisələrinə dair xəbərlər oxuyuruq. Bəzən bu qətllərin öz gözlərimizlə şahidi oluruq. Nəyə görə insan həyatına son qoymaq bu qədər adiləşib? Ən dəhşətli qətl hadisələrindən biri Əhməd Əhmədovun törətdiyi qətl hadisəsidir. O, bütün ailə üzvlərinin həyatına son qoydu.

 

İnsanların bir-birini qətlə yetirməsi bəşəriyyət yarandığı gündən mövcuddur. İnsanların bir-birini qətlə yetirməsinin bir sıra səbəbləri var. Müharibələrdə, şəxsi münasibətlər zəminində və s. səbəblərdən insanlar bir-birlərini qətlə yetiriblər. İnsanlar qətl hadisələrinin olmamasını, dünyanın qorxusuz, gözəl olmasını arzulayırlar. Lakin çox təəssüf ki, zaman keçdikcə insanlar arasında münasibətlər pisləşir, qətl hadisələrinin və müharibələrin sayı artır. Mövzuya dini baxımdan yanaşsaq, insan qətlə yetirmək ən böyük günahlardan biridir. Zaman keçdikcə nüvə müharibəsi, Üçüncü Dünya Müharibəsi ilə bağlı fikirlər söylənilir. Müharibələrdə çoxlu sayda insanların ölümü insan həyatına son qoymağın adiləşdiyinə bir nümunədir. Qəzetlərdə, sosial şəbəkələrdə dünyada baş verən müharibələrlə bağlı xəbərləri oxuyuruq. Bundan əlavə müharibələrlə bağlı fotolara rast gəlirik. Bu isə insanların psixologiyasına mənfi təsir göstərir. Nəticədə qətl hadisələri adiləşir. Lakin yüksək düşüncə tərzinə malik insanların psixoloji durumu güclü olur. Çox təəssüflər olsun ki, zaman keçdikcə insanlarda humanist hislərin azaldığının şahidi oluruq. İddia edilir ki, qlobal güclər qidalar vasitəsiylə beyinlərə təsir göstərərək insanların bir-birlərini qətlə yetirməsinə səbəb olurlar. Araşdırmalara əsasən bəzi ölkələrdə bir gün ərzində yüz adam öldürülür. 2021-ci ilin statistikasına əsasən ABŞ-da ən yüksək sayda qətl hadisələri qeydə alınıb. Sorğulara əsasən qətl hadisələri daha çox inkişafdan qalmış ölkələrdə baş verir. Məntiqi, hüquqi, dini baxımdan qətl törətmək ən böyük günahlardan biridir.

 

Könül Mürsəliyeva