Onlayn satılan pəhriz yeməklərinin orqanizmə təsirləri-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 10:29 08.04.2024
Son vaxtlar sosial şəbəklərdə müxtəlif pəhriz yeməklərinin satışı olduğu səhifələr yaradılıb.Bu səhifələrdə gündəlik və aylıq olmaqla müxtəlif qiymətlərə yemək paketləri təklif edilir.
Bu yeməklərin orqanizmə təsiri haqqında həkim-endokrinoloq Lalə Şamxalova informator.az-a açıqlama verib. Endokrinoloq bu yeməklərin orqanizmə ziyanlı olduğunu və müxtəlif xəstəliklərə səbəb ola biləcəyini qeyd edib:
"Sosial şəbəkələrdə verilən dietlər doğru deyil.Bu dietlər qrup şəklində olub hər qrupda 5,10,100 nəfər olur.Eyni bir programı qrupdakı hər kəs tətbiq edir.Analiz olmadan, pasientin xəstəliklərini, irsi genetik xəstəliklərini nəzərə almadan bu diet programını tətbiq etmək çox zərərlidir. Son vaxtlarda "trend" olan diet programından əlavə hazır pəhriz yeməklərini yeməkdə çox zərərlidir".
Endokrinoloq hazır paket dietlərin orqanizmdə yarada biləcəyi xəstəlikləri sadalayıb:
"Hazır paket dietlərdən istifadə orqanizmdə immun sisteminin zəifləməsinə,kəskin saç tökülməsi,kəskin dırnaq qırılmaları,ürək-damar xəstəlikləri riskinə səbəb ola bilir. Bu cür dietlərin müddəti də çox qısa olur. Diet müddətində çəkilər getsədə , diet sonlandıqdan sonra yenidən itirdiyimiz çəkini ya həmən ya da daha artıq şəkildə geri alınır. İnsanlara diet deyəndə ac qalmaq, az kalorili yeməklər yemək düşünürlər. Amma bu dietdə doğru faktorlar deyil. Uzun müddətli aclıq bədəndə insulin sisteminin azalmasına nəticədə şəkər xəstəliyinin yaranmasına səbəb olur.Eyni qaydada diet istəyən pasientlər "mənə çox az kalorili diet tərtib edin daha tez arıqlayım" deyirlər. Sürətli arıqlama varsa, az dəyərli kalori qəbul ediriksə bu hal ilk psixologiyamızın pozulmasına səbəb olacaq, ikinci tez təkrarlanan baş ağrıları, yaddaş pozğunluğu, bədənin tez yorulmasına, ürək ritminin azalmasına və artmasına , xanımlarda menstruasiya pozğunluğuna səbəb olacaq. Hər bir diet hər bir qida rejimi şəxsə özəl olmalı, pasientin xəstəliklərinə, yaşına , cinsinə, bədən kütlə indeksinə, piylənmə nahiyəsi nəzərə alınaraq hazırlanmalı və tətbiq olunmalıdır".
Zeynəb Mustafazadə