İnsanların robotlaşması, robotların insanlaşması

Bölmə: Sosial › ,
Tarix: 11:38 08.04.2024

Son illərdə həyatımızda önəmli yer alan süni intellekt texnologiyası ilə qarşı qarşıyayıq. Bu texnologiya üçün, insanları robotlaşdırmaq, robotları insanlaşdırmaq üçün bir çox ölkə və böyük firmalar xüsusi səy göstərirlər. Onlar insana ən yaxın robotu yarada bilmək üçün yarış halındadırlar. 

 

Bu gün dünyadakı robotların sayı təxmini 1 milyondur. Bu robotların demək olar ki , yarısı Yaponiya da və yalnız yüzdə 15 i ABD də bilinir. Günümüzdə avtomobil emalatı ilə yanaşı robotlar, laboratoriyalardan xəstəxanalara,enerji sektoruna qədər bir çox yerdə istifadə olunur. İnternet də tez tez bir insanla oturub söhbət edən, yemək hazırlayan, dərdləşən, robotların varlığı get gedə artır və hər keçən gün bu robotlar daha da insanlaşırlar. 

 

Bu məsələ ilə bağlı Fizik professor Stephen Hawking demişdir ki; Bu süni intellekt mədəniyyət tariximizdəki ən önəmli kəşf ola bilər və həyatımız hər cəhətdən böyük bir dönüşüm keçirəcək. Bu son zamanlarda süni intellekt ilə bağlı məsələlərə ən çox yatırım edən şirkətlərin başında Google və Facebook gəlir. Bütün bu olanlarla yanaşı digər tərəfdən də insanları robotlaşdırmaq üçün də ciddi səy göstərilir. Telefon və planşetlə böyüyən uşaqlar, axşam evə gələndə insanı yatırmağı hədəfləyən televiziya kinoları və proqramları. Və bunların nəticəsində sadəcə işə gedib gələn, oxumayan, araşdırmayan, xəyal qurmayan, hər şeyi qısa yoldan həll etməyə çalışan, səhər durub hər gün eyni döngünü təkrarlayan insanlar... 

 

Zənnimcə müəyyən müddət sonra robotlar ilə insanları ayırmaq imkansız olacaq.

 

Xumar Babayeva