Maqnit qasırğasının ziyanları-Açıqlama
Bölmə: Sosial › ,Tarix: 20:08 08.04.2024
Bu gecə saat 00-dan başlayaraq aprelin 11-dək Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, qasırğa bu gecə saat 00:00-dan etibarən Yerə təsir göstərəcək və aprelin 11-i saat 15:00-dək davam edəcək:
"Bu hadisə günəşdə gedən prosesdir. Reaksiya nəticəsində əmələ gələn partlayışlar var ki, onlar yüklü hissəciklər yerə gec çatırlar. Bu zaman onlar həyatı məhv edə bilmək qabiliyyətindədirlər. Yerin maqnit sahəsi isə onların əksinədir. Günəşdən gələn yüklü hissəcikləri yerin maqnit sahəsi geri itələyir. Nəticədə insan həyatı o təhlükələrdən tam qurtula bilmir. Bu bir sıra fəsadlar törədir".
Ekoloqun sözlərinə görə, elektromaqnit dalğalar telefon, radiostansiya kimi elektron əlaqələrə təsir edir.
"Bəzən milyardlarla dollar ziyan vurmaq qabiliyyətinə malikdirlər. Zəiflədilmiş hissəciklər daha çox canlılara ziyan vura bilir. Xüsusən ürək-damar xəstəliyindən əziyyət çəkənlərə, ahılara, hamilə qadınlara pis təsir göstərir. Belə havalarda onların evdə oturmağı lazımdır. Şəhər mühitində yüklü hissəciklər çox olduğundan burada maqnit dalğası özünü çox büruzə verə bilər".
Asiman Hafizqızı