Azərbaycan Qiymətləndirmə Palatası yaradılır-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 09:23 09.04.2024

Ötən ilin sonunda qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən Azərbaycan Qiymətləndirmə Palatasının yaradılması nəzərdə tutulur.

 

Həmin qanun nələrə səbəb olacaq?

 

Bu barədə Azərbaycan Qiymənləndiricilər Cəmiyyətinin sədri  Vüqar Oruc “İnformator.az”a açıqlamasında qeyd edib ki, qanuna müvafiq olaraq fəaliyyətimizdə yeniliklər olacaq:

 

“Azərbaycan Qiymətləndirmə Cəmiyyəti 1997-ci ildə yaranıb və 1998-ci ildən qeydiyyata alınıb. O gündən bu günə qiymətləndirmə sektorunun ictimai əsaslarla tənzimlənməsi ilə məşğuldur. Bu günə qədər əsas fəaliyyəti ondan ibarət olub ki, sektorun tənzimlənməsində yaranan problemləri aradan qaldırsın və maeələri dəf etsin. Bunun da yolunu təbii ki, inzibati rıçaqlara malik qurumun yaranmasında görmüşük. 2022-ci ilin mayında quruma sədr seçildikdən sonra aktiv şəkildə qurumun yaradılması üçün fəaliyyətə başlamışıq. Ötən il qiymətləndirmə haqqında yeni qanun qəbul olunub və bu qanun bu ildən etibarən qüvvədədir”. 

 

Ekspert bildirir ki, yeni qanuna görə şəhadətlənmə təqdim olunacaq. 

 

“Hazırda palatanın yaradılması haqqında işlər görülür və təşkilat komitəsi görülüb. Belə ki 25 ildən çoxdur ki, cəmiyyət imtahanlar keçirir, kurslar keçirir. Kursları müvəffəqətiyyətlə bitirən şəxlərə serfirkart təqdim edilir. Hazırda proses təşkilat komitəsinin diqqətindədir və onlar tərəfindən imtahanların hazırlanması prosesinə start verilib. Günümüzdə Qiymətləndirmə Cəmiyyətində 60-dan artıq şirkət birləşib. Artıq palataya üzv olmayan qurumlar qiymətləndirmə ilə fəaliyyət göstərə bilməyəcəklər. Bu da sektorda qayda-qanun yaradılmasında, peşəkarlığın inkişaf etdirilməsinə gətirib çıxaracaq”. 

 

 

Azər Abuşov