"Xəzər dənizinə kənardan torpaq gətirilməsi mümkün qədər azaldılmalıdır"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 23:23 16.04.2024

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq.

 

Bu addım nə dərəcədə doğrudur? Xəzər hansı dəyişikliklərə məruz qala bilər? 

 

Məsələ ilə bağlı Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov "informator.az"a açıqlama verib. O bildirib ki, hələki yalnız qanun layihələrinə baxılır ki, buna leqal şəkildə bir forma geyindirilsin:

 

"Ümumiyyətlə, dəniz sahələrinin qurudulması, oradan torpaqların alınması dünya təcrübəsində çox geniş yayaılmış bir praktikadır. Beləki,Hollandiya ərazisinin 60%-i dənizdən alınan ərazidir. Eləcə də ABŞ, Kanada, Fransa və bir sıra digər ölkələrdə dəniz sahilləri qurudularaq istifadəyə verilir. Azərbaycanda da bu qəbul edilibsə, çox güman ki, fəaliyyəti də olacaq. Əsas odur ki, onun yan effektləri olmasın, orada yaşayan hər hansısa bir canlıya zərər toxunmasın. Bu baxımdan müəyyən məsələlərə diqqət etmək lazımdır. Belə bir şəraitdə kənardan torpaq gətirilməsi mümkün qədər azaldılmalıdır. Çünki belə olduqda, həmin ərazilərin də torpaq qatı korlanır".

 

Aytac Kərimova