ABŞ gizli şəkildə Ukraynanı ATACMS raketləri ilə təmin edib

Bölmə: Dünya › ,
Tarix: 21:53 24.04.2024

ABŞ gizli şəkildə Ukraynaya ATACMS operativ-taktiki raketlərini , o cümlədən mart ayında hərbi yardım paketinə açıq şəkildə açıqlama vermədən tədarük edib. Bu barədə “Politico” qəzeti yazır. 

 

"İnformator.az" xəbər verir ki, mənbədə “ABŞ prezidenti Co Bayden administrasiyası iki illik müharibədə ilk dəfə keçən ay gizli şəkildə Ukraynaya uzaqmənzilli raketlər göndərdiyi və Kiyev bu silahlardan iki dəfə Rusiya xəttinin arxasına dərin zərbələr endirmək üçün istifadə etdiyi qeyd olunub.

 

Əlavə olaraq qeyd edilir ki, Birləşmiş Ştatlar əlavə uzunmənzilli ATACMS sistemlərini bir milyard dollar dəyərində yeni hərbi yardım paketinə daxil edəcək. Beləliklə, bu tip raketlər Vaşinqtonun Kiyevə təhvil verəcəyi ilk silah növlərindən biri olacaq.

 

Daha əvvəl məlum olmuşdu ki, ABŞ Konqresin Senatında Kiyevə yardım haqqında qanun layihəsinin təsdiqlənməsi fonunda Ukraynaya 1 milyard dollarlıq yardım paketi hazırlayıb. Buraya Stinger raket sistemləri üçün döyüş sursatları, həmçinin HIMARS sistemi üçün mərmilər daxil olacağı gözlənilir.

 

Aynur Babayeva