Rusiyada maaş borcları kəskin şəkildə azalıb

Bölmə: Dünya › ,
Tarix: 22:30 24.04.2024

Rusiyada əmək haqqı borcları mart ayında kəskin azalıb - 23,1 faiz və ya ayda 100,2 milyon rubl. 1 aprel 2024-cü il tarixinə müəssisələrin (kiçik müəssisələrə aid olmayan) əmək haqqı üzrə ümumi borcu 333,3 milyon rubla qədər azalıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu rəqəm 415,7 milyon rubl idi. Belə ki, əmək haqqı borcları illik hesablamada 55,5 faiz azalıb.

 

Ümumi məbləğin bu il yaranmış borcları 26,6 faizini (88,7 milyon rubl), 2023-cü ildə isə 34 faizini təşkil edib. Eyni zamanda, təşkilatların 2022-ci ildən və ya ondan əvvəl işçilərinə 131,3 milyon rubl (39,4 faiz) borcu var. Rosstatın məlumatına görə, ümumilikdə şirkətlərin yüzdə birindən azında işçilər əmək haqqı gecikmələri ilə üzləşiblər.

 

2024-cü ilin mart ayında Rusiyada maaş təklifləri kəskin artdı. Mərkəzi Bankın bölgə iqtisadiyyatı ilə bağlı hesabatında, şirkətlərin yanvar ayı ilə müqayisədə keçən ay açıqlanan iş elanlarında orta hesabla yüzdə 12,7 daha çox nağd maaş təklif etməyə başladığı bildirilir. Təklif olunan orta əmək haqqı (vakansiyaların yarısında gəlir bu rəqəmi üstələyir, digərində - daha az) nəticədə təxminən 64 min rubla çatdı.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari