Alman jurnalistin sualına Ərdoğandan aydın cavab: O iş artıq bitdi

Bölmə: Dünya › ,
Tarix: 23:41 24.04.2024

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ankarada prezident Ərdoğanla görüşüb. 

 

Türkiyəyə üç günlük səfərinin son günündə Ərdoğanla görüşən Ştaynmayer bildirib ki, Türkiyə Almaniya ilə dünyada ən güclü insani əlaqələrə malik ölkədir. Ticarətdə hədəflərinin 60 milyard dollar olduğunu bildirən prezident Ərdoğan, "İki ölkə müdafiə sahəsindəki maneələri aşmalıdır" dedi. Ərdoğan bir jurnalistin İsraillə bağlı sualını da "İsraillə ticari əlaqələri canlı saxlamırıq. O iş bitdi" deyə cavab verib.

 

Mənbə: Haber7

Mayıl Soltanov