Əvvəllər adət idi, bu gün isə cinayət sayılır

Bölmə: Sosial › ,
Tarix: 22:11 25.04.2024

Bu gün, təssüf ki, ölkəmizdə qız qaçırma ənənəsi davam etməkdədir. Zorla ailə qurmağa məcbur edilmə kimi hallar zorakılıqda ən çox müşahidə edilən hallardır. 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan respublikası qanunvericiliyinə əsasən ailə qurmaq məqsədilə qız qaçırtmaq cinayət sayılır:

"Cinayət məcəlləsinin 144-cü maddəsinə görə bu hərəkəti törədənlər cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər qız qaçırma könüllü baş verməyibsə, cinayət hadisəsi hesab olunur. Bu cinayəti törədənlərə 5 ildən 10-dək cəza nəzərdə tutulur. Bu əməllər 2 və daha çox şəxsə törədildikdə və ya sağlamlığa zərər vurularsa, cəza 8 ildən 12 ilədək ola bilər".

Hüquqşünasın sözlərinə görə, ailə münasibəti qurarkən hər iki tərəfin razılığı olmalıdır.  

"Yaşın az olması ağırlaşdrıcı haldır. Yəni qaçırma (oğurlama) iradə əleyihə olubsa, bu cinayətdir. Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur".

 

 

Asiman Hafizqızı