Bankların nizamnamə kapitalını yerinə yetirmək üçün müəyyənləşən müddət başa çatıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:11 21.01.2015

Mərkəzi Bankın Banklar qarşısında nizamnamə kapitalını yerinə yetirmək üçün müəyyənləşdirdiyi müddət yanvarın 1-dən başa çatıb. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədr müavini Vahid Əhmədov lazım olan məbləği əldə edə bilməyən bankların aqibətinə fevrala kimi aydınlıq gətiriləcəyini deyib. Əvvəlki illərdə bankların nizamnamə kapitalı 10 milyon manat məbləğində müəyyən olunudu. 2015-ci ilin yanvarın 1-dən isə bu məbləğin 50 milyona çatdırılması ilə bağlı bankar qarşısında öhdəlik qoyuldu. Nizamnamə kapitalının artırılması bankların imkanlarını da artıracaq. Bu da bankları əhali üçün daha etibarlı etməklə yanaşı həm də əlverişli şərtlərlə kredit almaq imkanı yaradacaq. Bank faizlərinin aşağı salınması problemli kreditlərin də müyəyyən qədər həllinə səbəb olacaq.