Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn olunduğu yerlər müəyyənləşib
Bölmə: Sosial › ,Tarix: 22:22 01.05.2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 73 nəfərin şəxsiyyəti, dəfn olunduğu yerlər müəyyənləşib. Bu şəxslər arasında işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqla yanaşı, o vaxt müxtəlif bölgələrdə naməlum adı ilə dəfn edilmiş şəxslər də var.
Şəxsiyyəti müəyyən edilən 73 nəfərdən 15-i qalıqları işğaldan azad olunan ərazilərdə, 58 nəfər isə müxtəlif bölgələrdəki naməlum şəhid məzarlarında aşkar edilib. Statistik rəqəmlərə görə indiyədək ümumilikdə azı 608 nəfərin qalığı aşkar edilib.
Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisinin verdiyi məlumata görə, bunlardan 172 nəfəri kütləvi məzarlıqdan , 125 nəfəri tikinti işləri aparılan zaman fərdi qaydada aşkar olunublar. 183 nəfər naməlum şəhid məzarlarından aşkar edilib. Həmin şəxslərdən 120 nəfərin şəxsi bugünkü günə qədər müəyyənləşib, onlardan 54 nəfəri nəfəri kütləvi məzarlıqlardan aşkar olunan şəxslərdi, 64 nəfəri naməlum şəhid məzarından ekskumasiya olunub, 2-si də fərdi qaydada müəyyən olunub.
Brifinqdə naməlum məzarlıqlarda dəfn edilənlərin şəxsiyyətlərinin niyə gec müəyyənləşdirilməsinə də aydınlıq gətirildi.
Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədovun sözlərinə görə, naməlum şəhid məzarlıqlarının yeri 2005-ci ildən müəyyən edilib, amma 2014-cü ildən ailələrdən bioloji nümunələrin götürülməsinə başlanıb və 2022-ci ilin dekabrında bu proses başa çatıb. İndiyə kimi 11 mindən çox itkin ailəsindən bioloji nümunələr götürülüb:
"Həmin bioloji nümunələr tam toplanılıb başa çatdırılması prosesi başa çatdırılmasaydı və həmin toplanmış nümunələrin DNT profilləri çıxarılmasaydı, xüsusi məlumat bazasına bu məlumatlar daxil edilməsəydi, hazırda bizim əldə etdiyimiz meyit qalıqlarının eyniləşdirilməsi mümkün olmayacaqdı. İtkin ailələri hətta bundan imtina da edirdilər, biloji nümunə verməkdən imtina da edirdilər, bir çoxları həmin dövrdə xarici ölkələrdə oldu, biz onları müyyən edə bilmədik".
Aşkar olunan qalıqların ekspertizası yalnız ölkə daxilində həyata keçirilir. Prosedur olduqca qəlizdir, çünki əldə edilən DNT nümunələri uzun müddətdən sonra tapılıb.
Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov:
"Biz əsas iki üsuldan istifadə edirik, birinci üsul genetikanın cavabıdır, yəni DTN nümunələrinin tutuşdurulmasıdır. İkinci üsul isə antemortem və postmortem məlumatlarının tutuşdurulmasıdır. Bu məlumatlar ki, şəxslər barədə toplanır, yəni ölməzdən əvvəl onun əynində hansı geyimin, üzərində hansı əşyalar olduğu məlumatları sistemləşdirilir, sonra da məzar equzqomasiya zamanı məzarlıqda artipakların tutuşdurulması metodologiyası ilə müəyyən olunur".
Qeyd edək ki, tapılan qalıqların ailələrinə təhvil verilməsi prosesi yaxın günlərdə həyata keçiriləcək.
İtkin düşən Şöhrət Nuriyevin qardaşı Asəf Nuriyev deyir ki, qardaşı Nuriyev Şöhrət Telman oğlu 1993-cü ilin aprelin 18-də Murovdağda itkin düşdü:
"O vaxtdan bu vaxta kimi də heç bir xəbərimiz yox idi. Bu gün elə xəbər verildi. Bu gün xəbər tutduz ki...Bəli, gəncə şəhidlər xiyabanındadır. Naməlum şəxs kimi dəfn olunub".
İtkin Seyfəddin Nəcəfovun qızı Aytəkin Eldarova:
"Biz 30 ildir atamızı axtarırırq. O, Ağdamda , Şuşada döyüş əsnasında itkin düşüb. O istiqamətdə də kütləvi məzarlıqdan tapıldı. Biz heç onu görmədik, o da bizi görməyib".
İtkin düşən şəxslərdən şəxsiyyəti müəyyənləşdirilmiş 73 nəfərin dəfni ilə bağlı Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birgə plan hazırlayacaq.
Həmin şəxslərin dəfni plan əsasında həyata keçiriləcək.