I siniflərə elektron qaydada sənəd qəbuluna start verilib
Bölmə: Sosial › ,Tarix: 22:32 01.05.2024
Bu gün saat 11:00-dan 2024-2025-ci tədris ili üçün I siniflərə elektron qaydada sənəd qəbuluna start verildi.
Təqribən 1 saat ərzində 10 minə yaxın vətəndaş şəxsi kabinetlərini formalaşdırdı, 82 min şagirdin qeydiyyatı başa çatdı. Amma bəziləri bu prosesdə iştirak edə bilmədi və ya etmək istəmədi. Söhbət övladını yaşadığı əraziyə yaxın yerləşən məktəbdən qeydiyyatdan keçirmək istəyən, amma boş yer tapa bilməyənlərdən gedir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Nurlan İsmayılbəylinin sözlərinə görə, 700-dən artıq vətəndaşın müraciəti qəbul edilib:
"Bu onların yaşadıqları ərazi, bu əraziydə müvafiq olaraq yerləşən məktəblərlə bağlı olub. Bu müraciətlərə müvafiq olaraq da siyahıları təkrar emalı həyata keçirilib, düzəlişlər aparılıb. Artıq vətəndaşlar 3 may tarixində öz şəxsi səhifələrinə, şəxsi kabinetlərinə daxil olanda Azərişıq abonent kodlarınl qeyd etməklə öz ərazilərinə qeydiyyatda olduqları ünvana müvafiq olraq məktəblər də seçə biləcəklər".
Prosesdə çətinlik çəkən valideynlərə kömək məqsədilə bir neçə alternativ qeydiyyat mərkəzləri də yaradılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov:
"12 rayonu əhatə etməklə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, 5,6,7 saylı ASAN xidmət mərkəzlərdində təhsil xidmətləri bölmələri var ki, burada vətəndaşlarımız hər hansı bir köməklik üçün müraciət edə bilərlər. Bununla yanaşı, eyni zamanda whatsapp qruplarımız da var ki, həmin vp qrupların nömrələrini BŞTİ-nin internet səhifəsindən ala bilərlər, ora da yazarlarsa, müvafiq köməklik göstərilə bilərlər".
Qeyd edək ki, məktəblərə elektron sənəd qəbulu sentyabrın 13- dək davam edəcək.
Paralel olaraq müəllim seçimi də həyata keçiriləcək. Mayın 3-dən Azərbaycan, tədrisi digər dillərdə aparan pedaqoji heyət üçün isə prosesə 12 iyundan start veriləcək.