Dələduzluğun bir növü: Aldadıcı vakansiyalar-Hüquqşünas RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 21:08 02.05.2024

Çoxlarımız sosial şəbəkələrdə tez-tez müxtəlif vakansiyalar ilə rastlaşırıq. Part-time və ya full-time iş üçün yüksək əmək haqqı təklif edilir. Xüsusi tələblər qoyulmur, tələbələr də müraciət edə bilər. İş üçün müraciət etdikdən sonra şəxsi məlumatlar və bəzi sənədlər istənilir. Daha sonra isə müəyyən məbləğdə ödəniş olunmasını istəyirlər. 

 

Bu cür hadisə ilə vətəndaş Gülnisə Əfkari də rastlaşıb. Vətəndaş operator vakansiyası ilə bağlı müraciət etdiyini və iş şərtlərinin onu qane etdiyini bildirib. Şərtlər yalnız zəngləri qəbul etmək və mesaj göndərmək idi. G. Əfkari ödənişi etdikdən sonra işin tamamilə ilə ayrı olduğunu öyrənib. Vətəndaşdan gündəlik 800 nömrə ilə əlaqə saxlamaq və müştəri cəlb etmək tələb olunur. Əmək haqqı isə yalnız cəlb olunan müştərinin sayına görə verilir. 

G. Əfkari işlə razılaşmadığını və ödənişi geri tələb etdiyini bildirir, lakin şirkət ödənilən məbləği geri qaytarmayıb.

 

Bəs, bu cür hallar qanunla necə tənzimlənir?

 

Bu barədə hüquqşünas Mehman Muradlı "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür dələduzluq əməlləri dəfələrlə törədilib:

 

"Bu cür əməlləri törədənlərin çoxusu istintaqa da cəlb edilib. Bu dələduzluqun bir növüdür. Bura pul qoyulur və müəyyən müddət sonra digər insanları da cəlb etməyini istəyirlər. Bu cür dələduzluqlar daha çox sosial şəbəkələrdə "uğur" qazana bilirlər. Belə hallarla qarşılaşan zaman hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Bu təşkilatı quranlar istintaqa cəlb oluna və barəsində qərarlar verilə bilər".

 

Asiman Hafizqızı