VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formu: Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi..."-Fazil Mustafa

Bölmə: Sosial › ,
Tarix: 22:27 02.05.2024

Azərbaycan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formuna ev sahibliyi edir. 

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunu dəfələrlə Azərbaycanda keçirilən humanitar tədbirlərdən biri adlandıran Milli Məclisin üzvü Fazil Mustafa qeyd edir ki, burada da müzakirə olunan məsələlər, əsasən, mədəniyyətlərarası münasibətlərin inkişafı və dialoq mühitinin genişlənməsidir:

 

"Ölkə Prezidenti İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunun açılış çıxışında bildirdi ki, Azərbaycan məhz bu cür tədbirlərə ev sahibliyi etməyə həmişə hazırdır və bunu da edir. Gərək digər ölkələrdə də bu kimi təşəbbüslər dahada geniş şəkildə dəyərləndirilsin.

İndiyə qədər də bu istiqamətdə geniş müzakirələr var. Azərbaycan tərəfinin dünyanın ayrı- ayrı ölkələrində Şərqin, xüsusilə də Qafqazın aparıcı dövlətlərindən biri kimi bu missiyanı öz üzərinə götürməsi prosesini həm də bir nümunə olaraq təqdim edir və digər ölkələrdə də Azərbaycanın imicini kifayət qədər yüksək qiymətləndirməyə əsas verir. Çünki neçənci dəfədir ki, bu cür tədbirlər Azərbaycanda genişlənir". 

 

Deputatın sözlərinə görə, bizim indiyə qədərki bütün çalışmalarımız əsasən ölkənin imicini qaldırmaq istiqamətindədir:

 

"Biz hər bir halda bu prosesin daha da irəli getməsinə çalışmalıyıq. Bir çox insanlar Azərbaycana gəlişlərində artıq yeni bir vəziyyəti görürlər. Xüsusən qələbədən sonrakı dövrdə, eləcə də işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərə baxmayaraq Azərbaycan tolerant bir baxış sərgilədiyini ortaya qoyur. Yəni bunlar hamısı Azərbaycanın imicini formalaşdıran ciddi məsələlərdir. Və biz də çalışmalıyıq ki, bu məsələlərdə böyük uğurlar əldə etdiyimizi bu cür tədbirlərlə daha çox nümayiş etdirək. Görsünlər ki, həqiqətən də biz bir şərq ölkəsi olaraq bəlli bir dəyərləri inkişaf etdirən, dəyərlər üzərində formalaşan bir cəmiyyətik. 

 

Və cəmiyyətin bu proseslərə hər zaman tolerant yanaşması gələcəkdə Qafqazda dialoq mühitinin formalaşmasına səbəb olacaq".

 

Banuçiçək Kalbalıyeva