3 May Türkçülük günü: "Türkçülük bir şüur məsələsidir"-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 18:09 03.05.2024

3 may Türkçülük günüdür. Hər il bu gün Türk dövlətlərində Türkçülük günü kimi böyük həyəcan və coşqu ilə qeyd edilir.

 

Bu barədə "İnformator.az"a açıqlama verən türkoloq Faiq Ələkbər bildirib ki, Türkçülük məsələsi yeni dövrdə Türkiyədə 1943-1944- cü illərdə yaranıb:

 

"II Dünya Müharibəsi dönəmində Türkiyənin hansı cəbhədə yer alması məsələsi çox ciddi şəkildə müzakirə olunurdu. Xüsusilə də Almaniyanın məğlub duruma düşməsi, SSRİ- nin güclənməsi şəraitində Türkiyədə də millətçilərə qarşı, türkçülük düşüncəsində olanlara qarşı çox ciddi bir şəkildə təziqlər baş verdi hətta bir çox türkçülük düşüncəsində olan insanlar tutulmağa başladılar. Onların arasında Nihal Atsız, Zeynal Oğuz Türkqan, Nejdet Sançar və başqaları da var idi. Nihal Atsız başda olmaqla türkçüləri milliyətçilikdə, irqçilikdə, almanların, italyan faşistlərinin yaxud Hitlerçi almanların düşüncələrinə yaxın olmaqda ittiham edirdilər. 1944- cü ilin mayın 3- də onlara qarşı qaldırılan davada da millətçilər Ankarada yeni bir nümaiş həyata keçirdilər. Sonralar 1945- ci ilin mayın 3- də də Nihal Atsız başda olmaqla Zeki Velidi Togan, Reha Oğuz Türkqan, Nejdet Sançar və başqları hətta tutulduqları həbsxanada da bu günü qeyd etdilər. Alparslan Türkeş də onların arasında var idi. 

O vaxtdan sonra bu gün türkçülük günü kimi qeyd olunmağa başlandı. Əslində bunun anlamı o idi ki İsmət İnönünün dönəmində xüsusilə qeyd etdiyim kimi SSRİ- nin basqıları altında türkçülük ciddi təziqlərə məruz qalırdı. İsmət İnönü də müəyyən mənada məcbur olaraq türkçülük düşüncəsi olan insanlara qarşı idi. Bu mənada onun hökuməti yəni o vaxt ki, CHP hökuməti bunu edirdi". 

 

Türkoloqun sözlərinə görə, türkçülər həmin dövrdə həbs olunur, sıxışdırılırdı:

 

"Türkçülər- adlarını qeyd etdiyim həmin insanlar bu məsələdə türkçülüyü yaşatmaq, onun əslində bir irqçilik, faşizim, şovinizim deyil, türklük, ədalət, insanlıq, humanizim ideyalarını ifadə etdiyini sübut etdilər. Yəni məsələnin mahiyyətində də bu dayanırdı. Beləliklə türkçülük günü yalnız Türkiyədə deyil, eləcə də Azərbaycanda, orta asiyada, Kırımda, Kərkükdə yəni bütöv türk dünyasında yavaş- yavaş qeyd olunmağa başlandı. Xüsusəndə XX əsrin sonlarından etibarən bu məsələ daha geniş meydana çıxdı.

SSRİ- nin dağılması, müstəqil Türk dövlətlərinin meydana çıxması buna ciddi təkan verdi. İndi də gördüyümüz kimi Türkçülük günü doğrudanda türkçülüyün yeni mahiyyət qazanması, yeni dönəmdə ümumiyyətlə türklüyün bir gücə çevrilməsi, türk birliyinin ortaya çıxması, ümumiyyətlə türk dövlətləri təşkilatının meydana çıxması bütün bunlar türkliyə yeni bir məna qazandırdı və qazandırmağada davam edir. Türkçülük əslində yeni bir dönəmdə 1944- 1945- ci illərin məsələsinə bağlı olsada əslində türklüyün mahiyyəti neçə min illər əvvələ gedib çıxır. Bu təbiidir ona görə də yeni dönəmdə də bir türk birliyi Turan anlayışı məhz türkçülüyün əsas mahiyyətini təşkil edir. Türkçülük yalnız bir gen, qan məsələsi deyil, bir şüur məsələsidir bir törə, əxlaq, insanlıq məsələsidir. Dünyada artıq mövcud olub formalaşan qüvvələrdən biri kimi türk birliyi yaxud Türk Dövlət Təşkliatı- da məhz bunu ifadə edir. 

Türklük əslində məzlumların yanında olmaq, ədalətliliyi, insanlığı ortaya qoymaq, insanlıq üçün var olmaq deməkdir"!

 

Banuçiçək Kalbalıyeva