Yeniyetmələrin qanla bitən mübahisələri-Psixoloq rəyi

Bölmə: Sosial › ,
Tarix: 22:26 03.05.2024

Bu gün Gəncədə şagirdlər arasında baş verən mübahisə qanla bitib. Təssüf ki, son vaxtlar məktəblərdə bu cür hallar tez-tez təkrarlanır.  

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, hər bir şagirdin psixologiyası birinci valideynləri ilə münasibətə, ikinci isə məktəb ilə bağlıdır:            "Məktəb təhsil ocağıdır, amma burada müəllimlərin davranışı da təsir edir. Ən çox 12 yaşdan yuxarı olan yeniyetmələr daha aqressivdilər. Bu aqressivliyin səbəbi daha çox valideynlərin onları anlamaması, diqqət göstərməməsi və ya fiziki şiddət göstərməsidir. Valideynə qarşı çıxmaq olmaz, müəllim tərəfindən təhqir olunması, amma müəllimə qarşı çıxmaq olmaz düşüncəsinin nəticəsində yaranan aqressiya üzə çıxır"

Psixoloqun sözlərinə görə, yeniyetmənin içində basdırdığı aqressiya gücü çatdığına və ya konfliktə girdiyi yoldaşına qarşı fiziki şiddət şəkilində göstərir.

"Bu cür yeniyetmələr soyuq silaha da əl ata bilirlər. Valideynlərə tövsiyə edirik ki, yeniyetmə yaşına çatmış övladları ilə davranış barədə maariflənsinlər və ya psixoloqlardan fikirlər alsınlar. Bu cür hadisələr valideyn-övlad münasibətinin təsiri nəticəsində baş verir".

 

Asiman Hafizqızı