KKM fondunda son 3 ayda ən sürətli eniş

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:32 06.06.2024

Birja ilə Qorunan Türk Lirəsi Əmanət və İştirak Hesabları (KKM) keçən həftə təxminən 37 milyard lirə azalaraq 2 Fevral həftəsindən bəri ən güclü enişini qeyd etdi.

 

Bank Tənzimləmə və Nəzarəti Qurumunun (BDDK) həftəlik bülleteninə görə, bank sektorunun kredit həcmi 31 may tarixinə 120 milyard 287 milyon lirə artıb.

 

Ötən həftə ümumi kredit həcmi 13 trilyon 398 milyard 339 milyon lirədən 13 trilyon 518 milyard 626 milyon lirəyə yüksəlib.

 

Banklararası da daxil olmaqla bank sektorunda cəmi depozitlər ötən həftə 202 milyard 216 milyon lirə azalaraq 15 trilyon 923 milyard 183 milyon lirəyə geriləyib.

 

İstehlak kreditlərinin məbləği 31 may tarixinə 20 milyard 512 milyon lirə artaraq 1 trilyon 686 milyard 659 milyon lirəyə çatıb. Sözügedən məbləğin 446 milyard 992 milyon lirəsini mənzil kreditləri, 92 milyard 2 milyon lirəsini avtomobil kreditləri, 1 trilyon 147 milyard 664 milyon lirəsini isə istehlak kreditləri təşkil edib.

 

Bu dövrdə taksitli kommersiya kreditlərinin məbləği 20 milyard 966 milyon lirə artaraq 1 trilyon 661 milyard 921 milyon lirəyə çatıb.

 

Bankların fərdi kredit kartı alacaqları yüzdə 3,2 artaraq 1 trilyon 454 milyard 692 milyon lirəyə çatıb. Fərdi kredit kartı debitor borclarının 534 milyard 423 milyon lirəsini taksit borcları, 920 milyard 268 milyon lirəsini isə taksitsiz borclar təşkil edib.

 

Mayın 31-i tarixinə bank sektorunda problemli debitor borcları əvvəlki həftə ilə müqayisədə 1 milyard 628 milyon lirə artaraq 211 milyard 43 milyon lirəyə çatıb. Təqib altında olan 168 milyard 847 milyon lirə alacaq üçün xüsusi qarşılıq ayrılıb.

 

Eyni dövrdə bank sisteminin qanuni öz kapitalı 3 milyard 647 milyon lirə artaraq 2 trilyon 943 milyard 716 milyon lirəyə çatıb.

 

KKM balansı ötən həftə yüzdə 1,7 və 36 milyard 826 milyon lirə azalaraq 2 trilyon 124 milyard 637 milyon lirəyə düşüb. Sözügedən hərəkət son üç ayda ən sürətli enişi qeyd etdi.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova