Fransa: 1 - Polşa: 1 | Matçın NƏTİCƏSİ

Tarix: 22:34 25.06.2024
AVRO-2024-ün D qrupunun son oyununda Fransa və Polşa 1:1 hesablı heç-heçə edib. Qarşılaşmada ilk qolu 56-cı dəqiqədə Kilian Mbappe penaltidən, Robert Levandovski isə 79-cu dəqiqədə penaltidən vurub.
2024-cü il Avropa Futbol Çempionatının (AVRO-2024) D qrupunun üçüncü oyununda Fransa və Polşa üz-üzə gəlib. BVB Dortmund stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmada ilk qolu 56-cı dəqiqədə Kilian Mbappe penaltidən, Robert Levandovski isə 79-cu dəqiqədə penaltidən vurub.
Polşada Superliqada çıxış edən Sebastyan Şimanski 68 dəqiqə meydanda qalıb, Adam Buksa və Kşiştof Pyatek isə matçda meydana çıxmayıb.
Fransa bu nəticə ilə xalını 5-ə yüksəldib və qrupda ikinci olub. Polşa Avropa çempionatını bir xalla dördüncü yerdə başa vurub.
FRANSA 42 İLDƏ İTİRMİR
Fransa və Polşa tarixlərində 18-ci dəfə üz-üzə gəlib. Bu görüşlərdə Fransa 9, Polşa isə 3 dəfə qalib gəlib. Aralarındakı 6 görüş heç-heçə başa çatıb.
42 ildir rəqibinə uduzmayan Fransa son 9 qarşılaşmada rəqibinə məğlub olmayıb və bu müddətdə 4 qələbə və 5 heç-heçə edib. Polşanın son qələbəsi 1982-ci il Dünya Kubokunda üçüncü yer uğrunda görüşdə 3-2 hesabı ilə qalib gəlib.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova