Yanğınlar iqtisadiyyata necə təsir edir?-İqtisadçı AÇIQLADI

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:51 09.07.2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları  ötən sutka ərzində 73 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.




"İnformator.az" a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bu yanğınların ölkə iqtisadiyyatına təsiri ilə bağlı fikirlərini bildirib.
Ekspertin sözlərinə görə, mağazanın yanması ölkə iqtisadiyyatına ciddi təsir göstərmir, amma hər hansısa zavod yanırsa, bu nisbətən təsiri gözləniləndir.

Xalid Kərimli onu da əlavə edib ki, qeyd olunan yanğınların ölkə iqtisadiyyatına ciddi təsiri yoxdur.

 


"Sadəcə yanğının olduğu fərdlərə və şirkətlərə təsiri mövcuddur. Ona görə də yanğından icbari sığorta məsələsi biznesdə də var və həyata keçirirlər. Düzdür, sığorta hadisələrinin şərtləri mövcuddur.

Ölkəmizdə indiyədək olan yanğınları fikirləşdikdə ölkə iqtisadiyyatına elə də ciddi mənfi təsiri olmayıb. Amma hansısa şirkətdə, vətəndaşda olub bu ciddi problem yaradır, ona görə də həmin fərdlər riskləri düzgün idarə etməlidirlər.

Neft sahəsində yanğınlar və ciddi partlayışlar olarsa, bu halda ölkəyə təsirdən söhbət gedə biləcəyini bildirir və digər sahələrdə isə təmərküzləşmiş  nəsə olmadığı üçün dövlətə təsiri gözlənilmir".

 

 


Çimnaz Məmmədova