"Hidayət Elvüsal kimi şəxsiyyətlər dünyaya nadirən gəlir..."

Bölmə: MEDİA › ,
Tarix: 22:09 09.09.2024

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal 8 sentyabr 2024-cü il tarixində, 75 yaşında vəfat edib.

Hidayət Yunis oğlu Əhmədov (Hidayət Elvüsal) 1949-cu il 25 iyununda Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib.

İnformator.az xəbər verir ki, mərhumla bağlı düşüncələrini bölüşən media eksperti Hacıbəy Heydərli, onun bütün həyatını vətənə həsr etdiyini söyləyib:

"Hidayət Elvüsal Azərbaycan mətbuatında öz dəstxətti olan, hər zaman vətən, millət üçün çalışan peşə xadimidir. Kəlbəcər torpağından olan Elsəvərin ən böyük arzularından biri torpağlarımızın azad olunması idi. Azad olunmuş Kəlbəcəri də görə bildi, amma ömür vəfa etmədi. Bir neçə gün öncə dünyasını dəyişdi. Hidayət Elvüsalın simasında hər bir azərbaycanlı jurnalist onun keçdiyi yola daha yaxından bələd olmalıdır. Onun kimi dövlətə, dövlətçiliyə bağlı olmalıdır. Qələm adamlarına hər zaman cəmiyyətdə ehtiyac var. Çünki bu cür şəxsiyyətlər dünyaya nadirən gəlir. Bizim də ən böyük qayələrimizdən biri Hidayət Elvüsal kimi şəxsiyyətləri yaşatmaq, onun xatirəsini əbədiləşdirməkdir".

H.Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.

Fidan Fərhadlı