“London Coffee House” yazarlara dəstək verir -Fotolent

Tarix: 14:25 04.07.2015
“London Coffee House”da “Media FM”-in aparıcısı, aktrisa Gülay Hüseynovanın "P.S. Zaten boyun da küçüktü" kitabının təqdimatı olacaq.
İnformator xəbər verir ki, Gülay Hüseynova Azərbaycanın satış rekordlarını qıran bestseller müəllifidir. Müəllifin imza günündə iştirak etmək istəyənlər 5 iyul, saat 17:00 Sumqayıtda fəaliyyət göstərən “London Coffe House”a dəvətlidirlər.
Sumqayıtda fəaliyyət göstərən “London Coffee House” gənclərin kitaba olan marağını artırmaq üçün müxtəlif layihələr həyata keçirir.Fəaliyyəti müddətində 2 kitab yarmarkası keçirib.
Yay aylarında mütəmadi olaraq kafedə yazar,şair və məşhur simalarla görüşlər keçiriləcək.