İsrail Baş Qərargah rəisi Suriyaya hücum planlarını təsdiqləyib

Tarix: 22:07 21.04.2025
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bu gün nümayəndə heyəti ilə işğal olunmuş Suriya ərazilərində gələcək hücum və müdafiə planlarını təsdiqləyib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Sultan Zahidov bildirir ki, Eyal Zamir Suriyada Suriya və İsrail ərazisindəki bufer zonaya olan təpələrə səfər həyata keçirir:
“Bu əraziləri İsrail ordusu dekabrda Suriyadakı böhrandan, hökümət dəyişkənliklərindən istifadə edərək həyata keçirib. Və beləcə Dəməşqə 20km yaxınlaşmış oldu. Burada İsrailin əsas məqsədi təhlükəsizlik zonasını genişləndirmək, İsrailə qarşı mümkün olan hücumları dəff edə bilməkdir. Bunu İsrailin qərargah rəisi Eyal Zamir təsdiqlədi. O qeyd etdi ki, o ərazilər strateji cəhətdən əhəmiyyətli ərazilərdir və məqsədimiz İsrailin çəkindirici gücünü daha da möhkəmləndirmək, müdafiə mexanizmlərini qüvvətləndirməkdir. İsrailin 2025-2026-cı il üçün milli təhlükəsizlik konsepsiyası İsraildə kifayət qədər populyar və qüvvətli olan Milli təhlükəsizlik-tədqiqatları institutu hazırlayıb. Suriya ilə bağlı İsrailin 3 senarisi var. Birinci senari, Suriyada demokratik sabit bir sistem yaransin və bu İsrail üçün məqbul bir senaridir. İkinci senari, Suriyada radikal dindarlar hakimiyyətə gəlsin və İsrailə qarşı təhdid olsun. Üçüncüsü isə Suriyadakı rejimin Türkiyənin dəstəyi ilə İsrailə qarşı addımların atılmasıdır. Bildiyimiz kimi İsrail və Türkiyə arasındakı münasibətlər heç də yüksək bir səviyyə də deyil. Ona görə də, İsrail Türkiyənin də Suriyada təhsil və hərbi bazalar yaratmasından narahatdır. Hər vəziyyətdə çalışır ki, Suriyadan İsrailin ala biləcək vəziyyətin qarşısını alsın. Türkiyənin oradakı fəaliyyətini nəzarət altında saxlamış olsun. Burada mən düşünmürəm ki, hazırda Suriyada İran və Rusiyadan çəkinir. İranın təsir dairəsi orada xeyli zəifləyib. Rusiya əksinə çalışır ki, hərbi bazaları orada saxlasın”.
Aysel Mirzəyeva