Bakıda aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək

Bölmə: Sosial › ,
Tarix: 18:45 28.12.2024

“ Problem ölən şəxslərlə bağlı ortaya çıxa bilər. Xüsusilə tanınmaz hala düşmüş şəxslərin müəyyən edilməsi çətinlik yaradır. Məlumatıma görə, belə şəxslər Yeni Klinikaya yerləşdirilib və bu proses dövlətin müəyyən etdiyi Komissiyanın nəzarəti altında həyata keçirilir”.

 

 Bu sözləri “İnformator.az”a açıqlamasında həkim Professor Adil Qeybulla deyib.

 

 Onun sözlərinə görə, sağ qalanlar bu məsələdə problemlə üzləşməyəcək:

 

“Əvvəla qeyd edilməlidir ki, bütün insanların itmiş vəsiqələrinin bərpası hansı yolla aparılırsa, həmin şəxslərin də vəsiqələrinin bərpası eyni şəkildə həyata keçiriləcək. Şəxsiyyətin identifikasiyası məsələsində sağ qalanlar üçün kifayət qədər imkanlar mövcuddur. Ən azı onların xarici görünüşü, şəkilləri, qohumları və əlaqələri mövcuddur. Buna görə də, sağ qalanlarla bağlı hər hansı ciddi problem gözlənilmir”.

 

Professor ölən şəxslərlə də bağlı problemlərə fikirlərini bildirib:

 

“Lakin problem ölən şəxslərlə bağlı ortaya çıxa bilər. Xüsusilə tanınmaz hala düşmüş şəxslərin müəyyən edilməsi çətinlik yaradır. Məlumata görə, belə şəxslər Yeni Klinikaya yerləşdirilib və bu proses dövlətin müəyyən etdiyi Komissiyanın nəzarəti altında həyata keçirilir. Yaralıların isə vəziyyətini mütəxəssislər ciddi şəkildə izləyirlər. Allah yaralılara şəfa versin, ölənlərə rəhmət eləsin. Əlbəttə ki, bu faciə xalqımızın tarixində qara bir ləkə kimi qaldı.

Düşünürəm ki, biz bu hadisələrdən ciddi dərslər çıxarmalıyıq. Millət olaraq toparlanmalı, bir yerdə olmalı və hər zaman ölkənin milli təhlükəsizliyi barədə düşünməliyik".

 

Nəzrin İsmayılova