Biotexnologiyanın Kənd Təsərrüfatına Təsiri

Bölmə: Sosial › ,
Tarix: 23:48 28.12.2024

Biotexnologiya kənd təsərrüfatında inqilabi dəyişikliklərə səbəb olmuş və qlobal ərzaq təhlükəsizliyinə böyük töhfə vermişdir. Genetik modifikasiya, mikrob texnologiyaları və hüceyrə mühəndisliyi kimi biotexnologiya sahələri əkinçilikdə məhsuldarlığı artırmağa, torpağın keyfiyyətini yaxşılaşdırmağa və təbii resurslardan daha səmərəli istifadə etməyə imkan yaradır.

 

Ekoloq Qorxmaz İbrahimli “Informator.az” saytına açıqlamasında qeyd edib ki, “Biotexnologiya iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatında əhəmiyyətli və müsbət rol oynayır”.

 

 

Ekoloq əlavə edib ki, “İstər şum, əkin, biçin, istərsə də becərmə prosesləri olsun, biotexnologiya bu sahələr üçün çox vacibdir. Meyvə-tərəvəzə və heyvanlara tətbiq edilən dərmanlar biotexnologiya əsasında hazırlanmalıdır ki, sağlamlığa zərər verməsin”.

 

Ekoloqun sözlərinə görə, biotexnologiya, kənd təsərrüfatını daha məhsuldar, dayanıqlı və innovativ bir sahəyə çevirmək üçün böyük potensiala malikdir:

 

“Bu texnologiyaların düzgün və etik istifadəsi sayəsində qlobal ərzaq təminatı artırıla, ətraf mühit qoruna və insan sağlamlığına müsbət təsir göstərilə bilər. Biotexnologiyanın davamlı inkişafı həm insanların qida ehtiyaclarını qarşılamağa, həm də təbiətə daha az zərər verməyə imkan yaradacaq”.

 

Bənövşə Zahidli