Nyu-Yorkda Fələstinli fəal Xəlilin azad olunması üçün etiraz aksiyası keçirilib

Bölmə: Dünya › ,
Tarix: 17:35 17.03.2025

Vaşinqtonda nümayişçilər ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasının yaxınlığında toplaşıblar.

 

Fələstinli fəal Xəlilin həbsinə etiraz edən nümayişçilər əllərində “Fələstini azad edin”, “Mahmud Xəlili azad edin” və “ICE kampuslarımızdan çıxın” şüarları qaldırıb. Nümayişçilər "Biz ədalət istəyirik, bunun necə olacağını siz deyirsiniz. İndi Mahmud Xəlili azad edin!" və “Bütün tələbələri buraxın” kimi şüarlar səsləndiriblər. Nyu Yorkda Halilin həbsini pisləyən yüzlərlə nümayişçi Tayms Meydanından Kolumb dairəsinə qədər yürüş edib. Nümayişçilərdən biri "Mahmud Xəlilə qarşı hücumlar bir nəfərə xas deyil. Bunlar söz deməyə və ədaləti müdafiə etməyə cəsarət edən hər kəsə qarşı hücumlardır" deyib. Əllərində Fələstin bayrağı və "Mahmud Xəlili azad edin" yazılan plakatlar daşıyan nümayişçilər fələstinli fəalın etiraz hüququnun qanunla qorunduğunu bildiriblər.

 

ABŞ-nin Kolumbiya Universitetindəki etirazlara rəhbərlik edən eyni universitetin aspirantı, fələstinli fəal Mahmud Xəlil martın 3-də həyat yoldaşı ilə evə gedərkən saxlanılıb. ABŞ dövlət katibi Marko Rubio X media platforması hesabında paylaşdığı mesajda "Amerikadakı Həmas tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər" ifadəsini işlədib. ABŞ-da hakim Mahmud Xəlilin deportasiyasına müvəqqəti qadağa qoyub.



Mənbə: Anadolu Ajansı
Billurə Quliyeva