İsrailli Alimlər Yeni İmmunitet Mexanizmini Kəşf Ediblər

Bölmə: Dünya › ,
Tarix: 18:41 17.03.2025

 

 

İsraildəki Weizmann Elm İnstitutunun alimləri, immun sistemimizin əvvəllər bilinməyən bir hissəsini kəşf ediblər. Bu tapıntı, bədənimizin xəstəliklərlə mübarizəsini gücləndirə bilər. Alimlər, kəşfin təbii antibiotiklərin yeni mənbəyini təmin edə biləcəyini bildirirlər. Kəşf, bakteriya və virusları öldürə bilən kimyəvi maddələrin istehsalını təmin edən yeni bir immunitet mexanizmini ortaya qoyub.

 

Tədqiqatda peptidlərə diqqət yetirilib. Peptidlər, immunitet sistemini gücləndirən və infeksiyalara qarşı müdafiə yaradan birləşmələrdir. Professor Yifat Merblin rəhbərlik etdiyi komanda, bu mexanizmin yeni biotexnoloji tətbiqlər və müalicə metodlarına yol açacağını açıqlayıb.

 

Professor Merbl bildirib: "Biz bakterial infeksiyaya qarşı müdafiə yaratmağa imkan verən yeni toxunulmazlıq mexanizmini kəşf etdik". O, əlavə edib: "Bu mexanizm bütün bədənimizdə və hüceyrələrimizdə fəaliyyət göstərir və potensial təbii antibiotiklərin tamamilə yeni bir sinfini yaradır".

 

Breaking News English

Güllər Gülhüseynova