Aİ-dən Ukraynaya 3,5 milyard avro dəstək hazırlığı

Tarix: 20:34 17.03.2025
Aİ Şurası, Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə dəstəyi göstərilməsi planı çərçivəsində üçüncü müntəzəm ödənişin üzv ölkələrin qəbul etdiyini açıqlayıb.
Ukraynanın 3,5 milyard avroluq fondu almaq üçün tələb olunan şərtləri yerinə yetirdiyi bildirilib.
Aİ-nin Ukraynanın makro-maliyyə sabitliyini və yenidən qurulmasını dəstəklədiyi vurğulanıb. Üçüncü ödənişlə birlikdə ölkə Ukrayna Fondu çərçivəsində 20 milyard avro almış olacaq. 2024-2027-ci illərdə isə bu fond vasitəsilə Ukraynaya 50 milyard avro maliyyə yardımı göstəriləcək.
Bənövşə Zahidli
Haber Global