Qəzzada can itkisi 48 min 577-yə yüksəldi

Tarix: 20:36 17.03.2025
Qəzza zolağında İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 1 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
Bundan əlavə, daha əvvəl yaralanmış 1 mülki şəxs xəstəxanada vəfat edib, atəşkəsdən əvvəl dağıdılan binaların dağıntıları altından isə 3 cəsəd tapılıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bu günə qədər Qəzzada ümumi can itkisi 48 min 577-yə, yaralı sayı isə 112 min 41-ə çatıb.
Bənövşə Zahidli
Haber Global