Hollivud süni intellektlə bağlı qaydaların yumşaldılmasına qarşıdır 

Bölmə: Dünya › ,
Tarix: 16:56 18.03.2025

 

 

400-dən çox məşhur ad, o cümlədən Hollivud aktyorları, rejissorları və ssenaristləri hökumətdən süni intellekt sahəsində qanunları yumşatmamağı xahiş ediblər.

 

CBS News-un məlumatına görə, Hollivud sənayesinin 400-dən çox işçisi açıq məktub dərc edərək hökuməti süni intellektə aid olan mövcud qanunları qorumağa çağırıb. Ben Stiller, Ayo Edebiri, Cara Delevingne, Chloe Fineman, Cate Blanchett, Guillermo del Toro və Taika Waititi kimi məşhur adlar OpenAI və Google-un süni intellektin yetişdirilməsi üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə təklifinə də qarşı çıxan məktubu imzalayanlar arasında idi. 

 

Məktubda süni intellektin hazırlanması və inkişafı üçün mövcud qanunların yumşaldılmasının Hollivud sənayesinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edilib. Hollivud uzun müddətdir ki, süni intellektin yayılmasına qarşı mübarizə aparır ki, bu sənayeni sarsıdacaq. Rəssamlar süni intellektlə rəqəmsal nüsxələrin istehsalına və hətta ölümündən sonra da bu nüsxələrin istifadəsinə qarşı çıxırlar.

 

TRT XƏBƏR

Asiman Vəliyeva