Perulu balıqçı Sakit okean sahillərində yoxa çıxdıqdan 95 gün sonra sağ tapılıb

Bölmə: Dünya › ,
Tarix: 21:02 18.03.2025

Sakit Okean sahillərində itkin düşən Perulu balıqçı Maksimo Napa Kastro 95 gün dənizdə qaldıqdan sonra sağ tapılıb.

 

61 yaşlı Kastro Sakit Okeanda balıq tutmağa getdikdən 95 gün sonra sağ-salamat tapılıb, lakin əlverişsiz hava şəraitinə görə ayaqlarını itirib.

 

Axtarış-xilasetmə qrupları tərəfindən 3 aydır axtarılan Kastro Ekvadorlu balıqçılar tərəfindən xilas edilib.

 

95 gün ərzində yaşadıqlarını göz yaşları içində danışan balıqçı qayığında toplanan yağış suyunu içərək, və dəniz canlılarını yeyərək sağ qaldığını ifadə edib.


TRT XƏBƏR

Səftərova Səmayə